Rəqəmli TV proqramların qəbul olunması üçün aşağıdakılar həyata keçirilməlidir.

  1. Rəqəmli televizor və ya rəqəmli çevirici qurğudan (set-top-box) istifadə edilməlidir.
  2. Rəqəmli qəbul nəzərdə tutulan yer TV stansiyaya yaxın məsafədə (təxminən 3-5 km) yerləşirsə otaq anteni ilə (şəkil 1), digər hallarda isə çöl antenindən (aktiv və ya passiv) istifadə edilməldir (şəkil 2). Bu halda, qəbuledici anten yaxınlıqdakı TV stansiyaya istiqamətləndirilməlidir (cədvələ bax). Passiv anten yalnız vibratorlardan ibarət, aktiv anten isə vibratorlarla yanaşı siqnalın gücləndirilməsi üçün xüsusi elektron qurğudan ibarət anten sistemidir. Bakı Teleqüllə Kompleksinə və ya bölgələrdəki radio-televiziya yayım stansiyalarına yaxın ərazilərdə aktiv antenlərdən istifadə tövsiyə edilmir.
şəkil 1
şəkil 1

 

şəkil 2
şəkil 2

 

Qeyd:
1. Bakı Teleqüllə Kompleksinə yaxın ərazilərdə aktiv antenlərdən istifadə edilməməsi tövsiyə olunur.
2. *-  müxtəlif ərazilərdə və ya binaların mərtəbələrindən və ya yerləşməsindən asılı olaraq aktiv və ya passiv antenlər seçilməlidir.