Baş Səhifə

Rəqəmli TV



Rəqəmli Video Yayım – Yerüstü-nün azərbaycan dilində ixtisar forması RVY-Y, ingilis dilində isə DVB-T-dir (Digital Video Broadcasting-Terrestrial).

DVB-T ilk dəfə 1997-ci ildə yaranmış rəqəmli yerüstü televiziyanın yayım ötürücüsü üçün Avropa konsorsium standartıdır və ilk dəfə 1998-ci ildə Böyük Britaniyada yayımlanmışdır. Bu sistem COFDM və ya OFDM modulyasiyasından istifadə edilərək sıxlaşdırlılmış rəqəmli audio, rəqəmli video və MPEG informasiya məlumat axınında olan digər məlumatları ötürür.

DVB-T-nin əsasları

Tək radiotezlikli daşıyıcıda olan məlumatı daşımaqdan fərqli olaraq, OFDM rəqəmli data axınını daha yavaş rəqəmli axınlara ayırmaqla işləyir. 2k – rejimi və 8k rejimi kimi tanınan daşıyıcıların bir neçəsi üçün iki seçim var. Bunlar, təxminən 4 kHz və ya 1 kHz olan 1,705 və ya 6,817 daşıyıcılarıdır.

DVB-T üç müxtəlif modulyasiya sxemini təklif edir (QPSK, 16 QAM, 64 QAM).

DVB-T-ni Tayvan, Kolumbiya, Panama, Trinidad və Tobaqo, həmçinin, Filippində 6 MHz kanalda yayımlanmasına baxmayaraq, VHF 7 MHz və UHF 8 MHz kanaldan istifadə edərək çoxlu ölkələrdə rəqəmli televiziya yayımı qəbul olunmuş və ya təklif edilmişdir. O cümlədən də, Azərbaycanda 8 MHz kanaldan istifadə edərək, rəqəmli televiziya yayımı (DVB-T) həyata keçirilir.

DVB-T Standartlı rəqəmli yerüstü televiziya üçün EN 300 744 çərçivə konstruksiyası, kanal kodlaşması və modulyasiyası kimi yayılmışdır. MPEG-2 Nəqliyyat axınına əsaslanan Yayım tətbiqində video və audio kodlaşmanın istifadəsi üçün ETSI TS 101 154 spesifikasiyası ETSI vebsaytında verilmişdir.

Bir çox ölkələr DVB-T standartlarını qəbul etmişdir. Böyük Britaniyada D-book, İtaliyada DGTVİ, ETSİ E-BOOK və Skandinaviyada NorDiq daxildir.
DVB-T-nin hazırda fəaliyyətdə olan DVB-H və DVB-T2 kimi daha yeni standartları da mövcuddur.